Bakıda zavodun anbarında yanğın oldu

Bakının Nizami rayonunda yanğın hadisəsi olub.

Hadisə Heydər Əliyev prospektində yerləşən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun anbarında qeydə alınıb.

Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb. /APA

09.12.2024 22:57
498