Bakıda yük maşını qadını vurub öldürdü

Bakıda avtomobil qadını vurub.

Hadisə Yasamal rayonu, Moskva prospektində qeydə alınıb.

Məmmədxanov Sadiq Şirinbala oğlu idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili ilə piyada İvanovna Yelena Nikolayevnanı vurub. Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.  (lent.az)

11.03.2025 10:21
405