Bakıda yolu zəbt edən restoran sahibi cəzalandırılıb

Bakıda yolun hərəkət hissəsini zəbt edən restoran sahibi barədə tədbir görülüb.

Bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, paytaxt ərazisində yolun hərəkət hissəsini qanunsuz olaraq zəbt edən restoran sahibi barəsində qanuna müvafiq tədbirlər görülərək mövcud problem aradan qaldırılıb.

22.10.2023 20:09
1482