Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurdu

Bakının Xətai rayonunda 42 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1982-ci il təvəllüdlü Rəhmanova Afət Məmmədxan qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

27.06.2024 08:25
697