Bakıda yolu keçən 4 yaşlı uşağı avtomobil vurub

Bakının Xətai rayonunda 4 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 2020-ci il təvəllüdlü N.Bayramlı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

27.03.2024 01:20
726