Bakıda yol qəzasında 17 yaşlı gəncin qolu sınıb

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2005-ci il təvəllüdlü Allahverdiyev Vuqar Əfqan oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək maneələrə çırpılıb.

Xəsarət alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

26.10.2022 09:55
449