Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Əmircan qəsəbəsində hərəkətdə olan taksi avtomobili digər nəqliyya vasitəsi ilə toqquşub. Hadisə zamanı avtomobildə olan sərnişinlər - 25 yaşlı Cavid Qəhrəmanov və 28 yaşlı Əsgərzadə Fərrux Nizami oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.