Bakıda yeniyetmələr moped oğurladılar

Bakıda oğurluq hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyulun 5-də S.Bəhlulzadə küçəsində qeydə alınıb.

Belə ki, küçədən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

06.07.2024 18:53
688