Bakıda yeniyetmə qızı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Məmmədova Nuray Rasim qızı yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

18.03.2022 03:46
405