Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Namazov Fərəc Fərman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.