Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir

Avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, Böyükzadə Nazim adlı şəxs avtomobil kirayəsi ilə bağlı dələduzluq fəaliyyəti ilə məşğul olur.

Milli.Az xəbər verir ki, sözügedən şəxs əvvəlcə avtomobil kirayə götürərək, onu dəyərindən aşağı qiymətə metalloma satır və əldə etdiyi pul ilə yoxa çıxır.

Bu şəxsin sabit bir yaşayış ünvanı olmadığı bildirilir. O, müxtəlif ərazilərdə qısa müddətli kirayə evlər tutaraq, orada tanış olduğu insanlardan pul alır, kirayəni ödəmədən isə evdən gecə qaçır. Həmçinin, avtomobil alqı-satqısı ilə əlaqəli səhifələrdə reklam verərək alıcıları aldatmağa çalışır.

 

14.11.2024 17:47
1560