Bakıda yaşlı kişi bir həftədir xəstəxananın dəhlizində gecələyir

Bakıda yaşlı kişi xəstəxananın dəhlizində gecələyir.

Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, yaşlı kişi bir həftədir Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 1 AZ1022 ünvanında yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasının dəhlizində özünə məskən salıb. Onun bu vəziyyəti kənardan müşahidə edənlərin narahatlığına səbəb olub.

Bununla bağlı tənqidləri qeyd edən sosial şəbəkə istifadəçiləri yaşlı kişiyə xəstəxanada sahib çıxanın olmadığını bildiriblər.

1 saylı Şəhər Klinik Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmadan sonra məlumat veriləcək”.

29.06.2023 22:16
5092