Bakıda yaşayış binasında yanğın - VİDEO

Bakıda doqquz mərtəbəli binanın sonuncu mərtəbəsi yanır.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub. 

Bildirilir ki, yanğın “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında baş verib.

Hazırda əraziyə üç yanğınsöndürən maşın cəlb edilib.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

08.02.2023 13:34
849