Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində baş verən partlayış nəticəsində beşmərtəbəli binanın bir neçə mənzilinə və binanın altında yerləşən marketə ciddi ziyan dəyib.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, binanın sakinləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib.
Hadisə yerində hüquq-mühafizə orqanım əməkdaşları cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarırlar.
Partlayış ilkin səbəbi kimi binanın 4-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması ehtimal edilir.