Bakıda yarıçılpaq şəxs SAXLANILDI

Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində bir şəxsin yarıçılapaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsini əks etdirən videogörüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.

06.04.2025 19:11
757