Bakıda evdə yanğın zamanı ölən şəxsin kimliyi müəyyənləşib.
APA-nın xəbərinə görə, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində evdə baş verən yanğın zamanı 1973-cü il təvəllüdlü Qaydamakin Oleq Viktoroviç ölüb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.