Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində Quşçuluq Sovxozunda fərdi evdə yanğın olub.
"Report" xəbər verir ki, həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Emilya Xanbabayeva baş verən yanğın nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.