Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğın baş verib.
Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.
Onun sözlərinə görə, hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırma aparılır: “Obyektin qaz təsərrüfatı və yaxınlığından keçən kommunikasiya xətlərində təsbit işləri görülür”.
Departament rəisi qeyd edib ki, “Azəriqaz”ın əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.