Bakıda yanğın olub - sakinlər təxliyə edilib

Bakı şəhəri, Xətai rayonu, Yeromenko küçəsi 56 ünvanında 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhədə yanğın baş verib.

Musavat.com FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

04.09.2022 18:30
437