Bakıda xeyriyyə qutusu oğurlayan şəxs saxlanılıb

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

12.10.2022 11:48
584