Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız öldü

Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən 5 yaşlı qız ölüb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırma zamanı 5 yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

18.04.2022 17:04
866