Bakıda vəkil özünü kollegiyanın qarşısında yandırdı – FOTO

Vəkil Zaur Məmmədov intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.

 
01.01.2024 20:03
2599