Bakıda “VAZ-2107” markalı maşın OĞURLANIB

Xətai RPİ-nin 36-cı Polis Bölməsinə Bakı şəhər sakini C.Məmmədbəyovun “VAZ-2107” markalı avtomobilinin M.Hadi küçəsindən qaçırılması barədə müraciət daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Buzovna qəsəbəsi ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zəki İsmayılov saxlanılıb.

Araşdırma aparılır.

03.10.2022 14:10
562