Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün qəribə hərəkətləri reaksiyalara səbəb olub.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda "Prius" sürücüsünün xanım sürücüyə qarşı qəribə hərəkətlər sərgilədiyi əks olunur.
Xanım bildirib ki, qarşı tərəf qışqıraraq ictimai-asayişi pozub. Həmçinin "Prius" sürücüsünün psixi pozuntusunun olduğunu da iddia edib. Videodan sürücünün idarə etdiyi avtomaşının da çoxlu qəzaya düşdüyü və deformasiya uğradığı da görünür.
Videoya gələn şərhlərdə bəzi istifadəçilər videonu çəkən qadına haqq qazandıraraq belə sürücülərin cəzalandırılmalı olduğunu bildiriblər.
Sözügedən görüntüləri təqdim edirik: