Bakıda usta telefonunu oğurlayan şəxsə iş təklif etdi

Bakıda "Cız-Bız" kafesində vətəndaşa qarşı dələduzluq edən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş Şahin Əmiyev (soyad şərti) saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.

Məlum olub ki, Şahin sözügedən kafeyə daxil olaraq orada Cəfər (ad şərti) adlı şəxsdən danışmaq adı ilə telefonunu alıb. O, telefonla danışa-danışa ərazini tərk edib və həmin telefonunu satıb.

Məhkəmədə Cəfər telefonu kreditlə götürdüyünü bildirib. O həmçinin dəyən zərərin əvəzində pul ödənilməsini yox, telefonunun geri verilməsini istəyib:

"400 manat pulu istəmirəm. Şahin telefonu hara satıbsa, oradan alıb qaytarsın. Özüm sənətkar adamam və telefonda vacib nömrələr var. Şahin həbs olunmasın, ailəsinin yanına getsin. Hətta telefonumu qaytararsa, həbsdən çıxandan sonra mənim yanımda da işləyə bilər".

Şahinin digər bir şəxsə qarşı da eyni əməli törətməsi məlum olub. Bu sbəbədən bir aylıq həbs edilib.

Məhkəmənin qərarı ilə Şahin Əmiyevə 1 ay 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

18.03.2024 20:25
1589