Bakıda usta 20-ci mərtəbədən yıxıldı

Bakıda dəhşətli hadisə baş verib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən şirkətlərdən birinə məxsus tikilməkdə olan binada baş verib.

Orada usta işləyən 51 yaşlı Məcnun Mənsur oğlu Bayramov 20-ci mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

10.04.2023 14:10
1045