Bu gün səhər saatlarında Bakıya yağan yağış daha bir acınacaqlı mənzərə yaradıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yağışdan sonra 315 saylı məktəbin yolunda sözün əsl mənasında gölməçə yaranıb.
Gölməçə maşınlar bir kənara, ətrafdan hərəkət edən insanlara, daha çox məktəblilərə problem yaradır.
Görüntüləri olduğu kimi təqdim edirik: