Bakıda üç nəfərin üzərinə çinar ağacı aşdı

Bakıda güclü külək nəticəsində çinar ağacı aşıb, üç nəfər xəsarət alıb.

Hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.//Report

30.10.2025 11:53
494