Ötən gün Bakıda toyda dava salan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, iyulun 3-də paytaxtın Xəzər rayonunda qonşular arasında baş verən insidentlə bağlı araşdırmalar davam etdirilir.
Polis əməkdaşları tərəfindən A.Cahangirova və onun atası H.Cahangirova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aqil Qabil oğlu Bayramov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı aidiyyəti üzrə Cinayət Məcəlləsinin adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.