Bakıda təkərdoldurma məntəqəsində partlayış olub: Ölən və yaralanan var

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a prokururluqdan məlumat verilib.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Musavat.com

04.03.2023 15:07
1598