Bakıda tanınmış yüksək vəzifəli general işdən çıxarıldı - YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Məmmədzadə Vüsal Nazim oğlu Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.

05.09.2023 12:18
6375