Bakıda tanınmış şirkət rəhbərini işçisi BIÇAQLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərini öldürməyə cəhddə təqsirləndirilən Taryel Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaqa ifadəsi elan olunub. İstintaq ifadəsində göstərilib ki, Taryel Vəliyev "Eurolux" şirkətinin rəhbərini öldürməyə cəhd edib. Təqsirləndirilən şəxs bunu ifadədə təsdiqləyib.

T. Vəliyev bildirib ki o, ibtidai istintaqa ifadə verməyib, həmin ifadəni müstəntiq özündən yazıb. Təqsirləndirilən şəxs qeyd edib ki, ifadədəki imza da ona məxsus deyil.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də istintaqa verdiyi ifadələri saxtalaşdırılıb. Ona görədə məhkəmə ekspertizası təyin edilsin və ifadənin təqsirləndirilən şəxsə məxsus olub-olmadığı müəyyən edilsin.

Məhkəmə müşavirədən sonra qərar qəbul edib. Qərara görə, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilsin, təqsirləndirilən şəxsdən imza nümunələri götürülərək ekspertizaya təqdim edilsin, onun ibtidai istintaqdakı bütün ifadələr və imzalar müəyyən edilsin.

Proses noyabrın 6-a təyin edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına ,görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilərək saxlanılıb.

İttihamda qeyd edilir ki, təqsirləndirilən şəxs Taryel Vəliyev Bakıda "Eurolux"şirkətinin anbarları vəzifəsində çalışdıəl müddətdə həmin anbardan külli miqdarda oğurluq edilib. İş üzrə cinayət işi başlanıb və T. Vəliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilsə də barəsində həbs qəti imkan tədbiri seçilməyib. Məhkəmə istintaqı dövründə T. Vəliyev barışıq üçün "Eurolux" şirkətinin rəhbəri Əmrah Kərimovla danışığına gedib. Danışıq zamanı tərəflər arasında mübahisə yaranıb. Nəticədə T. Vəliyev şirkət rəhbəri Əmrah Kərimov və onun qardaşı oğlu Orxan Kərimovun bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2-ci(xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, T. Vəliyev tutularaq istintaqa təhvil verilib.

18.09.2023 17:42
1338