Bakıda taksi sürücülərini saxta pulla aldadan şəxsin GÖRÜNTÜLƏRİ

Bakıda saxta pulla taksi sürücülərini aldadan şəxs peyda olub.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hətta həmin şəxs 20 manat məbləğində saxta əsginasa görə döyülüb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, kadrlar araşdırılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik: 

17.08.2024 03:17
1112