Bakıda qətl törədilib.
Musavat.com Xətai Rayon Prokurorluğuna istinadən xəbər verir ki, oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Bakıda qətl törədilib.
Hadisə bu gün səhər saatlarında Xətai rayonu, Ç.Kərimov küçəsində qeydə alınıb.
Həmin küçədəki evlərdən birində 38 yaşlı Hacı Mahmudovun üzərində xəsarətləri olan meyitini qardaşı aşkar edib.
Dərhal hadisə barədə polisə məlumat verilib.
Daxil olmuş məlumat üzrə polis əməkdaşları tərəfindən hadisəni mərhumun həyat yoldaşı, 37 yaşlı Raida Mahmudovanın törətdiyi müəyyən edilib.
R. Mahmudova saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. (lent.az)