Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60 000 manatının ələ keçirilməsi ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.