Bakıda silahlı insident: Qətlə yetirilən var

Bakının Xəzər rayonunda silahlı insident nəticəsində bir nəfərin ölümü ilə bağlı daha bir şəxs məsuliyyətə cəlb edilib.

Demokrat.az-ın məlumatına görə, həbs edilən Seymur Adil oğlu Xudaverdiyevdir.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində baş verib. 53 yaşlı Cavanşir Ruhulla oğlu Abdullayev "Revolver" markalı tapança ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Cabir oğlu Xudaverdiyev saxlanılıb. O, polisə gələrək təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Pərviz Xudaverdiyev və onun qohumu Seymur Xudaverdiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 3-nə təyin edilib.

21.06.2024 21:55
1924