Bakıda silah aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə silah aşkar edilməsi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.

Silah XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

30.10.2023 12:10
445