Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, yanğınla bağlı əlavə məlumat veriləcək.
***
Bakıda sex yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Musavat.com-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.