Bakıda sərxoş kişiyə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 27 yaşlı Tohid Məmmədov və 24 yaşlı İsmayıl Qəhrəmanov saxlanılıblar.
Soyğunçuluq edənlərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 26-cı PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Musavat.com