Bakıda sərnişin qatarı piyadanı vurub

Saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)  Musavat.com-a verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır xəsarətlər alıb.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb:

“Unutmayın: "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək hər bir vətəndaşın borcudur”.

31.12.2023 22:39
550