Bakıda sərnişin dolu avtobus ağır qəza törətdi - Xəsarət alanlar var

Bu gün Bakı Olimpiya Stadionunun qarşısındakı tuneldə marşrut avtobusu ağır qəza törədib.

Sabunçu rayonu ərazisində 173 saylı marşrut xətti üzrə xidmət göstərən “Daewoo” markalı avtobus yük avtomobilinə çırpılıb.

Nəticədə avtobus tamamilə yararsız hala düşüb.

Hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik:

Qafqazinfo

08.02.2024 18:57
790