Bakıda səhnəyə çıxan Sərdar Ortaçın başına iş gəldi - FOTO


Paytaxt Bakıya türkiyəli məşhurların axını davam edir.

Musavat.com xəbər verir ki, bu dəfə müğənni Sərdar Ortaç şəhərimizin qonağı olub.

O, paytaxtın dəbdəbəli məkanlarından birində səhnəyə çıxıb. Sevilən ifalarını səsləndirən Sərdar səhnədə çətin anlar yaşayıb.

Belə ki, mahnı ifa edən zaman onun ayağı büdrəyib. Yıxılmaqdan son anda qurtulan sənətçinin həmin vaxt başına gələnlər ətrafdakılar tərəfindən anbaan görüntülənib.

Hələ də paytaxtın qonağı olan Sərdar fitnes ustası Kamil Zeynallı ilə də görüşüb. Bu haqda Kamil şəxsi instaqram hesabında məlumat verib. O, Sərdar Ortaçla videsonu paylaşıb.

 

19.03.2022 11:09
1917