Bakıda saxlanılan "Sputnik" əməkdaşlarının adı məlum oldu

Xəbər verdiyimiz kimi, "Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində iki nəfər saxlanılıb.

Əməliyyat nəticəsində saxlanılan şəxslərin adı məlum olub.

Azərbaycan hüquq-mühafizə orqanları Bakıda "Sputnik Azərbaycan" redaksiyasının rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu saxlayıb.

Məlumata görə, onlar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşlarıdır. (AZXEBER.COM)

30.06.2025 18:16
2981