Bakıda şadlıq sarayında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxində havatəmizləyici qurğunun mühərriki və içərisində yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə, şadlıq sarayı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27.03.2022 23:59
957