Bakıda restoranın qarşısında dava - Bıçaqlanan var

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə Baksol yolunda qeydə alınıb.

Xarıbülbül restoranın qarşısında 1990-ci il təvəllüdlü Babayev Orxan Abdulməcid oğlu tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

10.11.2023 08:21
1080