Bakıda restoranda kütləvi dava olub.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Əhməd Rəcəbli küçəsində yerləşən restoranda qeydə alınıb.
Müdir və 10 işçisi Bakı sakini Ruslan Əliyevi döyüblər.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib.
Baş vermiş insidentlə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Musavat.com