Bakıda restoran ərazisində YANĞIN

Bakı şəhərinin Xətai rayonunda restoran ərazisində ümumi sahəsi 140 m² olan tikilinin dam örtüyünün taxta atmaları 40 m² sahədə və içərisində əşyalar 80 m² sahədə yanıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

04.08.2024 14:48
603