Bakıda qorxunc yanğın - eksklüziv VİDEO

 Bakının Nəsimi rayonu 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin maşınları və əməkdaşları əraziyə cəlb edilib. Yanğın söndürülüb. İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Yanan binanın sakinləri təxliyə edilib.

Əməkdaşımızın hadisə yerindən çəkdiyi videonu təqdim edirik.

14.09.2023 08:46
1456