Bakıda qonaq şadlıq evinin ikinci mərtəbəsindən yerə yıxılıb

Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə “Romance Palace” şadlıq evindən baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Umudov Rasim Bəhruz oğlu ikinci mərtəbədə məhəccərə söykənib.

Bu zaman məhəccər qırılıb və R.Umudov yerə yıxılıb.

Nəticədə o, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

23.11.2022 03:29
974