Bakıda qızlarını qonşuya əmanət edən valideyn dəhşət yaşadı

Bakının Sabunçu rayonunda iki nəfər dəm qazından zəhərlənib.

Musavat.coma APA-ya istinadənxəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.

Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün veribmiş.

31.01.2024 10:35
1648